Tuesday
2018-04-24
3:50 AM
Ən ÇoX BaXıLanLaR
Axtar
Calendar
«  Noyabr 2009  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930
ARXİV
Saytımız necədir?
Rate my site
Total of answers: 15
Tag Board
200
Dost saytları
  • Create your own site
  • Statistika

    İndi Saytda: 1
    Qonaq: 1
    İstifadəçi: 0

    MuNZeViBoYS.Tk

    Ana Səhifə » 2009 » Noyabr » 29 » Qaraqan(H.O.S.T)-Gündən günə
    1:46 AM
    Qaraqan(H.O.S.T)-Gündən günə
     

    Qaraqan(H.O.S.T)...Gündən-günə  Bu dəfə track deyil...Gözəl bir şeirdir...From Qaraqan...Oxumağa dəyər...Elxan Zeynallı həqiqətən də çox istədadlı insandır...Men onun istedadına heyranam...Əminəm ki, siz də eyni sözləri Şeiri oxuyandan sonra deyəcəksiniz...

    Mən hamıdan gec öləcəm
    Saatların əqrəbləri təmbəlləşir gündən-günə.
    Zaman yoxmu, zaman varmı?
    Ilk baharmı, son baharmı? 
    Ötürdüyüm hər bir ildən xatirələr yadigarmı? 
    Gizlimi, ya aşikarmı qocalıram gündən-günə, 
    Inan, aşağı endikcə ucalıram gündən günə. 
    Sarmaşıqlar sarılıbdır əllərimə qoymur yazam, 
    Yaddaşıma lənət olsun bu şəhərdə qoymur azam.
    Bədən ölər, ruh yaşayar, məhəbbəti ruh daşıyar,
    Nə edim ki, bədəndən tez ruhum ölür gündən-günə, 
    Bu zülmətdə bir şam ilə o da sönür gündən-günə.
    Milyonların arasında tənhalığa qapılmışam, 
    Nə deyərəm, nə gülərəm, sanki daşdan yapılmışam, 
    Cırılmış bir paltar kimi bədənimdən atılmışam, 
    Ciyərlərim vermir nəfəs paxıllaşır gündən-günə, 
    Güzgüdəki düşmənlərim yaxınlaşır gündən-günə. 
    Ağıllı anlamaz məni dəlilərin şairiyəm, 
    Dənizlərdə batım gedən gəmilərin şairiyəm, 
    Qığılcımla alovlanan zəmilərin şairiyəm. 
    Alovlanan zəmilərim külə dönür gündən-günə, 
    Yaxınlarım məzarlıqda gülə dönür gündən günə. 
    Gəncəm, amma qəlbim deyir: 
    -Qoca, yüzü vurdun başa 
    Ürəyin hər döyüntüsü deyir yaşa,yaşa,yaşa!
    Nə yaşamaq? Yaşadıqca yaşananlar dəydi daşa.
    Yazı qışı aşa-aşa yaşayıram gündən-günə,
    Daşıyıram yaraları qaşıyıram gündən-günə,
    Ağacların yarpaqları, bax, tökülür gündən-günə,
    Qurduğum arzulara bax, bax, sökülür gündən-günə,
    Belim düzdü qəlbim isə bax, bükülür gündən-günə.
    Amma yuxularım deyir, mən hamıdan gec öləcəm
    Mən ya dahi bir sənətkar, ya da ki, bir heç olacam

    Attachments: Şəkil 1
    Category: E-Kitablar | Views: 1634 | Müəllif: Münzevi_Kamran | Tags: For Munzeviboys | Reytinqi: 5.0/1
    Total comments: 10
    10  
    Elxan QaraQAN doğrudan da super şeirdir . Ellerinize sağlıq. hemişe bele güzel şeirlər yazacağınızdan şübhem yoxdur.

    9  
    Elxan sene doğurdanda halaldı.bilmirem seni niye pisleyirler?şeire söz ola bilmez

    8  
    Qaraqanin istedadina serh yazmamaq da olardi....Onsuzda hami onun istedadina emindi.Ohhh superdi ruhum dinceldi

    7  
    Qaraqanin istedadina wubhe yoxdur.
    ALLAH yolunu aciq etsin.
    Bu weiri oxumamiwdim yerlewdirene tewekkur

    6  
    super super super sukani bele saxlayin! opdum

    5  
    Qaraqan heqiqeten chox istedadli insadir...Hele A kitabini demirem...Istedadina heyranam...Twk Xebere gore

    4  
    ooo,superdi,thanks.qaraqan forever

    2  
    MUELLIFE TESEKKURLER

    3  
    SAYTIMIZA XOŞ Gelmisiz...

    1  
    super yazan ellerin var olsun QARAQAN.CHOX SAGOL

    Only registered users can add comments.
    [ Qeydiyyat | Daxil oL ]
    Powered by uCoz